YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: 2022-ci ilin “Şuşa ili” elan edilməsi bir neçə hədəfə hesablanmış müdrik qərardır

“Prezident İlham Əliyevin Yeni il təbriki ilə bağlı xalqa müraciətində 2022-ci ili “Şuşa İli” elan etməsi, hər bir azərbaycanlının ürəyincə və böyük sevincinə səbəb olan tarixi xəbər oldu. Mədəniyyət paytaxtımız olan, böyük strateji əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı belə bir qərarın qəbul edilməsi bir sıra hədəflər baxımından müstəsna əhəmiyyət daşıyır”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şuşa Qarabağın açarıdır, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir: “Bu mənada 2022-ci ilin Şuşa ili elan edilməsi Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda, bu qərar, 28 illik işğal müddəti ərzində Şuşa şəhərində törədilən erməni vandalizminin dünyaya çatdırılmasında böyük rol oynayacaq. Ölkə başçısı tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi həmçinin Prezidentimizin Azərbaycan mədəniyyətinə verdiyi növbəti dəyərin bariz nümunəsidir. 2022-ci ildə Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Bu tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Eləcə də, bu tədbirlər zamanı Şuşanın qədim tarixi, adət-ənənələri ilə bağlı bir sıra filmlər, video-çarxlar nümayiş oluncaq, muzeylər təşkil ediləcək. Bununla da dünya ictimaiyyəti bir daha Qarabağın əsl sahibinin Azərbaycan olduğuna  və erməni yalanlarının dünyada ifşa olunmasına şahidlik edəcək. Prezidentimiz bu qərarı ilə bir daha erməni saxtakarlığını dünyaya nümayiş etdirmiş olacaq”.

“2022-ci ilin “Şuşa İli” elan edilməsi iqtisadi, sosial inkşaf baxımından da xüsusi əhəmiyyət daşıyır” - deyən Sədaqət Vəliyeva əlavə edib ki, hal-hazırda bütün diqqət və resurslar Şuşanın bərpasına və yenidən qurulmasına yönəlib: “Əlbəttə ki, böyük iqtisadi, turizm potensialına malik olan Şuşa şəhərinin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Prezindentimizin 2022-ci ili “Şuşa ili” elan etməsi Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, mədəni, sosial inkşafa hesablanmış, müdrik qərardır. Əlbəttə, bir neçə hədəfə hesablanmış belə müdrik, uzaqgörən qərarın müəllifi dünya səviyyəli lider, dahi siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev ola bilərdi”.