YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

 Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!