YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva şəhid və qazi ailələri ilə görüşüb

Milli Məclisin deputatı Sədaqət Vəliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi ailələri ilə görüşüb.

Görüş zamanı dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açan Sədaqət Vəliyeva qazilərin və şəhidlərin rəşadətindən danışaraq, xalqımızın hər zaman onların əziz xatirəsini uca tutduğunu diqqətə çatdırıb. 

Eyni zamanda Sədaqət Vəliyeva şəhid ailələrini və qaziləri qayğılandıran məsələləri dinləyib.

Sədaqət Vəliyeva şəhid və qazi ailələrini təbrik edərək, onlara bayram sovqatlarını təqdim edib.

Şəhid ailələri və qazilər də göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.