YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbçilərin mənzil-məişət problemlərinin həlli həmişə dövlətin diqqət mərkəzində olub

“44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra da ordu quruculuğu istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni hərbi hissələr yaradılır, hərbi şəhərciklər inşa edilir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin orduya göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan Ordusu peşəkarlığına və döyüş qabiliyyətinə görə dünyanın ən güclü orduları sırasında yer alıb”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, hərbçilərin mənzil-məişət problemlərinin həll edilməsi də həmişə dövlətin diqqət mərkəzində olub: “Bu günə qədər 2200 hərbi qulluqçunun mənzillərlə təmin edilməsi bu istiqamətdə işlərin ardıcıl surətdə aparıldığını sübut edir. Bu qayğının nəticəsidir ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi və Azərbaycan Silahlı Qüvvələri dünyada qalib ordu kimi tanındı. Müharibə başa çatdıqdan sonra da orduya ayrılan xərclər azaldılmayıb, əksinə artırılıb. Müharibədən sonra ordumuz yeni müasir silahlarla təchiz olunmaqdadır. Bu gün dünyanın ən müasir silahları Azərbaycan Ordusunun istifadəsindədir. Bununla yanaşı, ordumuz ölkəmizdə istehsal olunmuş dünya standartlarına cavab verən ən dəqiq və müasir silahlarla da təmin edilib. Hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri də ardıcıl şəkildə artırılır”.

“Ordu quruculuğu prosesi daim inkişaf etdirilir. Ölkəmizdə yüksək təlim keçmiş, istənilən şəraitdə düşməni məhv etmək bacarığına malik, professional hərbçilərdən ibarət yeni briqadalar yaradılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni yaradılmış briqadaya döyüş bayrağını təqdim etməsi və hərbçilərimizin nümunəvi döyüş bacarıqlarını seyr etməsi xüsusi qeyd olunmalıdır. Hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan İkinci Qarabağ Müharibəsində şanlı Ordumuzun şücaətindən danışıb, Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin müharibədəki qələbəmizin dönüş nöqtəsi olduğunu vurğulayıb. Həqiqətən, Hadrut qəsəbəsinin azad edilməsi Ermənistan ordusunda böyük vahiməyə səbəb oldu. Ordumuzun məhz bu uğurlu əməliyyatından sonra Ermənistan ordusunda kütləvi fərarilik başladı. Ermənilərin özləri də etiraf etdilər ki, ordularında 10 mindən çox fərari olub”, - deyə K.Əliyeva qeyd edib.

K.Əliyeva deyib ki, Vətən müharibəsində bütün xalqımız öz lideri cənab İlham Əliyevin ətrafında bir amal, bir müqəddəs ideya uğrunda yumruq kimi birləşdi: “Bu gün ulu öndər Heydər Əliyevin də ruhu şaddır. Ümummilli lider hər zaman qeyd edirdi ki, biz mütləq Qarabağa, Şuşaya qayıdacayıq. Biz qayıtdıq. Artıq Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilir. Qarabağda Azərbaycan muğamları səsləndirilir”.