YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb

Dekabrın 30-da keçirilən iclasla Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb.

Sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasında parlamentin 16 iclasının keçirildiyini, 91 qanunun qəbul edildiyini və 74 qanunda dəyişiklik olunduğunu bildirib.

Qeyd edib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin xətti ilə 14 xarici ölkədə Zəfər Günü və şəhidlərimizin Anım Günü ilə bağlı tədbirlər təşkil edilib, 82 ölkənin parlamentinə məktub ünvanlanıb.

Həmçinin Milli Məclisin sədrinin iştirakı ilə 15 xarici ölkəyə rəsmi və işgüzar səfərlər təşkil olunub.

Azərbaycan, Türkiyə və Pakistan arasında sarsılmaz dostluğu və əməkdaşlığı əks etdirən Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayan Sahibə Qafarova hər üç parlament nümayəndə heyətinin Şuşaya səfərindən danışıb.

Parlamentin sədri Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra Milli Məclisin sədri 2021-ci ilin payız sessiyasını bağlı elan edib.

Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu ünvanlanıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.