YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAŞAT” Fondu Türkiyədə müalicə alan yaralılarımızı ailə üzvləri ilə görüşdürüb

“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən yaralananların ailə üzvləri üçün xüsusi layihə reallaşdırılıb.

Layihə çərçivəsində Türkiyədə müalicəsi davam etdirilən 7 yaralı ailəsinin 19 ailə üzvünün həmin ölkəyə dekabrın 26-dan yanvarın 2-dək səfəri reallaşdırılır. Məqsəd 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə və Yeni il bayramında qazilərimizin ailə üzvləri və yaxınları ilə birlikdə olmalarını təmin etmək, onlara xoş bayram sevincini yaşatmaqdır.

Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Türkiyədə müalicə alan qazilərimizin ailə üzvləri ilə görüşləri baş tutub.

Həmçinin səfər çərçivəsində yaralılarımızın və onların ailə üzvlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şam yeməyi və xüsusi proqram təşkil olunub.

Yaralılarımızın ailə üzvləri təşkil edilən səfərə görə “YAŞAT” Fonduna və layihənin reallaşdırılmasına dəstək göstərən qurumlara təşəkkürlərini bildiriblər.

Səfərdə iştirak edən “YAŞAT” Fondunun əməkdaşları, həmçinin Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçiriblər.

Görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Sponsor AMO Group, dəstəkçilər "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Diasporuna Dəstək Fondu, “PAŞA Həyat Sığorta”, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasıdır.

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 157 ağır yaralı müalicə edilmək məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 116-sı ölkəyə geri qayıdıb. Hazırda 41 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.