YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri: Azərbaycan ilə Aİ arasında sazişin gələn il yekunlaşdırılması mümkün olacaq

1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında Saziş imzalanıb. Həmin Saziş 1999-cu ildə qüvvəyə minib. Sazişin 10 il müddəti var. Ancaq Sazişin şərtlərinə əsasən, yeni saziş imzalanmayanadək hər il avtomatik olaraq onun müddətinin uzadılması nəzərdə tutulur.

Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib: “Yeni saziş üzərində danışıqlar aparılır. Bu saziş əsasən dörd bölmədən ibarətdir. Bu, siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi institusional inkişaf və digər məsələləri əhatə edir. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Aİ ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, - deyə nazir qeyd edib.