YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanın Ermənistana təklif sülh təklifi onun xoş niyyətini göstərir

Zəngəzur dəhlizi daxil olmaqla, bölgədə avtomobil və dəmir yollarının açılması istiqamətində Rusiyada keçirilən üçtərəfli görüşlər faydalı olub.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında bu barədə məlumat verdiyini xatırladan nazir deyib: “Əminik ki, bu layihələr tezliklə həyata keçəcək. Bu layihələrə daha çox Ermənistanın ehtiyacı var. Əlbəttə, onların Azərbaycanı və Naxçıvanı əhatə etməsi də önəmlidir. Naxçıvan ərazisindən keçərək bizə gələcək nəqliyyat dəhlizləri bölgədə ticarətin və iqtisadiyyatın inkişafına da dəstək olacaq. Digər tərəfdən, sərhədlərin açılması məsələsinə toxunsaq, biz hər mövzuda Azərbaycanla məsləhətləşərək qərar veririk. Əgər sərhədlərin açılması məsələsi gündəmə gələrsə, yenə də Can Azərbaycanla məsləhətləşəcəyik”.

Nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, əgər istədiyimizə nail olsaq, Can Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini aça bilər. Azərbaycanın Ermənistana təklif etdiyi əhatəli sülh onun xoş niyyətini göstərir.