YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxın aylarda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün komissiya formalaşdırılacaq

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Düşünürük qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək. Ona görə düşünürük ki, yaxın aylarda bu komissiya formalaşacaq”, - deyə nazir qeyd edib.