YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” mövzusunda Davos formatında tədbir keçirib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” mövzusunda Davos formatında tədbir keçirib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Elman Nəsirov, Kamaləddin Qafarov, Naqif Həmzəyev, şəhid ailələri, qazilər, YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının fəalları və Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş nitqi ilə açaraq “Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazanılan uğurları” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə uğurla davam etdirdiyi siyasi strategiya nəticəsində Azərbaycan regionun ən qüdrətli, inkişaf etmiş dövlətinə çevrilib. Respublikamızda bütün sahələrdə - siyasi, iqtisadi, sosial və s. həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahı kimi ali dəyərlərə söykənir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət başçısı ən çətin günlərdə vətəndaşların yanında olub.

Milli Məclisin deputatı Elman Nəsirov “Azərbaycan son 18 ildə beynəlxalq əlaqələr müstəvisində” mövzusunda çıxış edərək qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Millət vəkili Naqif Həmzəyev “Prezident İlham Əliyevin təhsil və gənclər siyasəti” mövzusunda çıxış etdi. Onun sözlərinə görə bu gün beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Milli Məclisin deputatı Kamaləddin Qafarov “Azərbaycanda son 18 ildə səhiyyənin  inkişafı istiqamətində həyata keçirilən islahatlar” mövzusunda çıxış edərək diqqətə çatdırdı ki, son 18 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti sayəsində tibb elmi və səhiyyə sistemi xeyli inkişaf edib, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Millət vəkili covid-19 pandemiyası ilə mübarizədə atılan qətiyyətli addımlardan bəhs edərək vətəndaşlarımızın sağlamlığının qorunmasının dövlətimizin ən prioritet məqsədlərindən biri olduğunu söyləyib.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib. Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində güclənmiş müzəffər Azərbaycan ordusu tarix yazmış, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etmişdir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır.