YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının daha bir ərazi partiya təşkilatı təsis olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 142” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən “Yeni Klinika”nın direktoru Musa Abbasov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Eyyub Cumayev, “Yeni Klinika”nın Təminat-təchizat şöbəsinin baş mütəxəssisi Aysel Bayramova və başqaları YAP-ın yarandığı gündən Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işlərinə verdiyi mühüm töhfələrdən danışıblar. Bildiriblər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin ömrünün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçib. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi 18 ildə respublikamız və xalqımız üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Azərbaycanın qüdrətli, qalib ölkə, xalqımızın qalib xalq olması dövlətimizin başçısının şah əsəridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Liderdir. Prezident İlham Əliyev fəaliyyəti ilə müharibə və sülh dövrünün qəhrəmanına çevrilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Musa Abbasov “Heydər Əliyev prospekti 142” ərazi partiya təşkilatının sədri, Eyyub Cumayev isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.