YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir

«Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və müstəqil Azərbaycanın milli maraqlarına, davamlı inkişafa, xalqın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edən iqtisadi strategiya ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində uğurla reallaşır. Hərtərəfli düşünülmüş, sosial- iqtisadi sahələrin hər birinin tarazlı inkişafını təmin edən bu siyasət nəticəsində əsas makroiqtisadi göstəricilər qorunub saxlanılır». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, bu sahənin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici rolu var.

«Kənd təsərrüfatında əldə olunan uğurlu nəticələr, hər şeydən əvvəl ölkəmizdə aparılmış aqrar islahatlar, ölkə rəhbərliyinin bu vacib sahəyə çox ciddi diqqət və qayğısı ilə əlaqədardır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəmcamlar, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onlara müxtəlif mənbələrdən güzəştli dövlət kreditlərinin ayrılması, aqrolizinq yolu ilə texnika, gübrə, yüksək məhsuldar damazlıq heyvanlar verilməsi və yüksək reproduksiyalı bitki toxumları ilə köməklil göstərilməsi keçən ildə də davam etdirilib. Kənd təsərrüfatının əsas məsələlərindən olan istehsal edilən məhsulun satışında qiymət artımının qarşısını almaq, məhsulun itkisiz saxlanılıb ilin bütün fəsillərində bazara çıxarılmasını təmin etmək üçün hökumətin   həyata keçirdiyi müvafiq tədbirlər öz bəhrəsini verir. Bu göstərilənlər onu sübut edir ki, neftdən əldə edilən gəlirlər qeyri- neft sektorunun, o cümlədən iqtisadiyyatımızın prioritet sahələrindən olan kənd təsərrüfatının   inkişafına  yönəldilir»- deyə, komitə sədri vurğulayıb.