YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Sevinc Hüseynova şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı  Sevinc  Hüseynova  Gədəbəy rayonunun Parakənd kəndində  şəhid Allahverdiyev Seymur Qərib oğlunun, Kiçik Qaramurad kəndində şəhid  Quliyev Mehtab Ənvər oğlunun, Səbətkeçməz kəndində şəhid Əliyev Bəybala Fazil oğlunun və  Çalburun kəndində şəhid Mustafayev Elvin Qiyas oğlunun ailələrini ziyarət, Qoşabulaq kəndində  Əsgərov Hüseyin Ramiz oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak edib.

    Şəhid ailələrinin qayğı və problemləri ilə yaxından maraqlanan millət vəkili dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir. Onların ailələrinə diqqət bizim borcumuzdur. Vətən oğullarımız qanları, canları ilə Zəfər tariximizi yazdılar. Onların həyat yolu vətənpərvərlik məktəbidir. Necə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək.  

  Millət vəkili  Sevinc  Hüseynova, eyni zamanda,  Miskinli kəndində  şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan abidə kompleksini  ziyarət edib.