YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən elmlər doktoru hazırlığı üzrə doktorantlara təyin olunan təqaüdlər 300 manatdan 360 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manatdan 216 manata, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə təyin olunan təqaüdlər 170 manatdan 204 manata, akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manatdan 174 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manatdan 144 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manatdan 96 manata artırılır.

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə təqaüdlər 130 manatdan 156 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manatdan 132 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manatdan 90 manata artırılıb.

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdlər 75 manatdan 90 manata, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 60 manatdan 72 manata, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 50 manatdan 60 manata artırılır.

Peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə təqaüdlər 75 manatdan 90 manata, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 60 manatdan 72 manata, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə 50 manatdan 60 manata artırlır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.