YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafiz Paşayev: Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Brüsseldə keçirilən görüşdən çox şey gözləyirlər. Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, bundan sonra da görəcəyik.

Bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev dekabrın 16-da “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda deyib.

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku bu tədbirdə görməkdən məmnun olduğunu diqqətə çatdıran rektor Azərbaycan-Rusiya əlaqələrinin dərin kökləri olduğunu deyib.

İnnovasiyalar və startaplardan danışan Hafiz Paşayev yaxşı, müştərək işlər görməyin, tədqiqatlar aparmağın vacibliyini vurğulayıb və bunun elm və tərəqqi üçün səmərəli olduğunu qeyd edib. “Azərbaycan-Rusiya mütəxəssislərinin elm sahəsində müştərək tədqiqatlar aparması inteqrasiya prosesi çərçivəsində çox vacibdir”, - deyə H.Paşayev bildirib.