YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini apardı, bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb

Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi.

Bu fikirləri Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib ki, eyni sözü Azərbaycanın hava hücumundan müdafiə sistemi barədə demək olar: “Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusiyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim “BUK” tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq”.

Prezident İlham Əliyev buna misal olaraq, Ermənistan tərəfindən Gəncə şəhərinin, digər yaşayış məntəqələrinin ballistik raketlərlə atəşə tutulduğunu, “İsgəndər-M” ballistik raketlərindən istifadə olunduğunu bildirərək qeyd edib ki, bu raketlərin çoxu Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi.

 

DİGƏR xəbərlər Arxiv