YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Azərbaycanın xarici siyasətində parlament diplomatiyası xüsusi rol oynayır

“Azərbaycanın xarici siyasətində parlament diplomatiyası xüsusi rol oynayır. Milli Məclisin dünya ölkələrinin parlamentləri ilə fəal əlaqələri, beynəlxalq təşkilatlar müstəvisində aktiv fəaliyyət bütövlükdə dövlətimizin nüfuzunun artmasına müsbət təsir edən amillərdən biridir. Bu yaxınlarda İspaniyanın paytaxtı Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın sədrlik etdiyi təsis iclasında Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin rəhbərləri və nümayəndələri Parlament Şəbəkəsinin əhəmiyyətini diqqətə çatdırıblar”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova təsis iclasına  uğurla rəhbərlik edib. Bu həm də, Azərbaycanın layiqincə təmsilçiliyi deməkdir. Onun sözlərinə görə, Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının  tarixində yeni səhifə açır və bu platforma üzv dövlətlər arasında parlamentlərarası əlaqələrin inkişafına xidmət edəcək: “Azərbaycan bu beynəlxalq platformadan mühüm  tribuna kimi istifadə edib və etməkdədir. Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan Qoşulmama Hərəkatının tirbunasından fəal istifadə edərək Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa edirdi. Bu barədə təşkilatın bir sıra sənədlər qəbul etdiyini hamımız bilirik. 44 günlük Vətən müharibəsinin gedişində də biz bu qurumun dəstəyini gördük. Xüsusilə, BMT Təhlükəsizlik Şurasında məhz Hərəkata üzv ölkələrin qətiyyətli mövqeyi nəticəsində ölkəmizə qarşı sənəd qəbul olunmadı. Belə faktların sayını artırmaq da olar”.

Millət vəkilinin fikrincə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin təşəbbüslərinə verdiyi dəstəyin növbəti nümunəsidir. Parlamantlər Şəbəkəsi Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlamentlərin  dəstəyinin təmin olunmasına kömək edəcək.

“Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimizin başçısının həmin təşəbbüsləri dünya ölkələri tərəfindən daim yüksək qiymətləndirilib. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində həm Qoşulmama Hərəkatı, həm də BMT səviyyəsində keçirilən mötəbər toplantılar buna sübutdur. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə BMT-də COVİD-19-la mübarizə çərçivəsində bir sıra sənədlər qəbul olunub. Bütün bunlar Azərbaycanın və onun Prezidentinin  dünyada artan nüfuzunun göstəricisidir. Hesab edirəm ki, Parlamentlər Şəbəkəsinin yaradılması Hərəkatın üzvü olan dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsində vacib rol oynayacaq. Bu təsisat dünyanı narahat edən problemlərin həllində də öz mövqeyini ortaya qoyacaq. Düşünürəm ki, Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq naminə bu platformadan da faydalanacaq. Təsis olunduqdan sonra Parlamentlər Şəbəkəsinin ilk tədbirinin gələn il  Bakıda keçirilməsi haqqında qərar qəbul olunması isə ölkəmizə verilən yüksək qiymətdir”,-deyə Fatma Yıldırım vurğulayıb.