YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.