YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə ulu öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə  “Dahi  şəxsiyyət”  mövzusunda tədbir  keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ağali Kərimli, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, rayon təşkilatının fəalları, ziyalılar iştirak ediblər.  

Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Tədbiri  giriş sözü ilə açan A.Kərimli  bildirib ki, ömrünü xalqının firavan yaşamasına həsr etmiş, dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər xalqımızın yaddaşında  əbədi  yaşayacaq. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir.

 “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının müdiri, gənc fəal  Rauf Abuşov “Heydər Əliyev və Azərbaycan”, şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova “Heydər Əliyev və Azərbaycan təhsili”, Kürdəmir rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri  Sahilə Müseyibova “Milli mədəniyyət və Heydər Əliyev ideyaları”, Xəlsə kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Ələkbərova isə “Heydər Əliyev Azərbaycan dilinin ən böyük müdafiəçisi” mövzusunda çıxış edərək Ulu Öndərin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışıblar.