YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Ağa Nemətulla 105” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ağa Nemətulla 105” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri, Kompleks Qazma İşləri Trestinin müdiri Elnur Süleymanov hesabat məruzəsi ilə çıxış edərək ötən dövrdə görülən işlərdən danışıb.

Çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb, Elnur Süleymanov yenidən ərazi partiya təşkilatının sədri, Faiq Hüseynov isə sədr müavini seçiliblər.