YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncağı M.Qaşqay küç., 87 ünvanında yerləşən ərazi partiya təşkilatında keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər  ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb, Elxan Nağıyev ərazi partiya təşkilatının sədri,  Kamilə Paşayeva isə sədr müavini seçiliblər.

İclasın sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.