Xəbərlər
Göygöldə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 18-ci ildönümü qeyd edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri Ulu Öndərin Göygöl Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış heykəlinin önünə gül-çiçək dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.