YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı videokonfrans keçirilib

Naftalan şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər  Heydər Əliyevin anım günü ilə bağlı  videokonfrans keçirilib.

Tədbirdə Naftalan şəhərinin rəhbərliyi, YAP Naftalan şəhər təşkilatının nümayəndələri eyni zamanda, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Tədbirin açılışında böyük şəxsiyyət Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxışlar zamanı bildirilib ki, hələ sovet dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib, eyni zamanda fenomen şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı ilə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkənin beynəlxalq aləmdə nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimiz əbədi və dönməzliyi təmin edilib.

Həmçinin, qeyd edilib ki, dahi şəxsiyyətin layiqli siyasi davamçısı, Prezident İlham Əliyev Ulu Öndərin əmanətinə sahib çıxaraq, Ata vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində mənfur düşmənin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Çıxış edənlər Ulu Öndərin şərəfli ömür yoluna nəzər salaraq, Ümummilli Liderin müstəsna xidmətləri ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığını xüsusi qeyd ediblər.

Sonda məktəblilərin ifasında “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompazisiya dinlənilib.