YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayıb

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayıb, daim xalqına arxalanıb. Ulu öndərin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Xalqını sevən ümummilli liderin fəaliyyətilə ölkədə həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyevin xidmətləri Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

1990 ci illərdə Azərbaycanda hakimiyyət böhranı kuliminasiya həddinə çatmışdı, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə alırdı. Xalqımızı belə bir çətin vəziyyətdən xilas edən lider Heydər Əliyev oldu.

Bu gün müstəqil respublikamız davamlı inkişaf edir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini davam etdirən cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətilə ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün bunlar Qarabağın azad olunmasında şərait yaratdı. Xarici siyasətdə bütün dövlətlərlə qurulan möhkəm bağlar və düzgün anlaşmalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əsas amil oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Ümummilli liderin bütün istək və arzularını həyata keçirən Prezident İlham Əliyev buna nail oldu. Cənab Prezident Atasının vəsiyətini yerinə yetirərək bir daha milli ideologiyalara, Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Ürəyi Qarabağla döyünən, onun işğalı ilə barışmayan liderin vəsiyyəti yerinə yetirildi. Azərbaycan müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş bir dövlətə çevrildi.