YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib

YAP Tərtər rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.

Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli xilaskarıdır. Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkənin və xalqın qurtuluşu kimi tariximizə qızıl hərflərlə yazılıb. Təşkilat sədrinin sözlərinə görə, bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam etdirilir.

Tədbirdə rayon Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusibova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, rayon “Avtobaza ASC”nin sədri Məhəbbət Məmmədov, şəhər 2 saylı məktəb-liseyin müəllimi Aybəniz Mustafayeva, şəhər 6 saylı tam orta məktəbin müəllimi Tahirə Quluyeva, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, Şəhər 1 saylı tam orta məktəbin müəllimi Sevinc Tağıyeva və şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərindən bəhs ediblər.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.