YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

İclasda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, “SOCAR Up-Stream İnternational Management”-in baş direktoru Şaiq Bəkirov, təşkilatın nümayəndələri iştirak ediblər.

Ərazi partiya təşkilatının üzvü Şaiq Bəkirov tədbiri açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. Daha sonra ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.

Çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən ətraflı bəhs edib, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb, Ağaəli Hüseynov yenidən ərazi partiya təşkilatının sədri, Elçin İbrahimov isə sədr müavini seçiliblər.