YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 6-cı mikrorayon, M.Kazımovski küçəsi 134 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yığıncaq iştirakçılarını salamladı. Bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edən Vüsar İsmayılov yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən bəhs etdi. Bu islahatların partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirdi. Partiyanın beynəlxalq əlaqələrindən söhbət açaraq dünyanın bir sıra siyasi partiyası ilə əlaqələrin qurulmasının yüksək əhəmiyyətindən danışdı. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi.

Ərazi partiya təşkilatının üzvü Maya Mirişli gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Daha sonra geniş hesabat məruzəsi ilə çıxış edərək, ərazi partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında məlumat verdi.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri Şaban Eyvazov, Günay Rəfiyeva və Sevda Əzizova təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi.

Yığıncaqda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Respublika Reabilitasiya Mərkəzinin baş həkimi Şaban Eyvazov ərazi partiya təşkilatının sədri, həkim-stomatoloqu Maya Mirişli isə sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildirdilər.

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da intensiv və operativ qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Yeni seçilən sədr  və müavinə, partiya üzvlərinə uğurlar arzu etdi.