YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır

«YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır. Bunu deməyə əsasımız var. Çünki partiyanın həm üzvlərinin sayı, həm keyfiyyəti, həm də bölgələr üzrə təşkilatanması yüksək səviyyədədir. Eyni zamanda, YAP-ın rəhbərliyi, şəxsən Sədrimiz cənab  İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP-ın ideloji, təşkilati, beynəlxalq əlaqələr və s. istiqamətlərdə geniş miqyaslı tədbirlər həyata keçirir. Onun sözlərinə görə, burada tam təşkilatlanmış, güclü mexanizm var.

«Partiyanın bütün strukturları saat mexanizmi kimi çalışmaqdadır. Belə olan şəraitdə partiyanın seçkilərə getməsi və qələbə qazanması aksiomadır. YAP-ın hər seçkini udmasının başlıca səbəbi  partiyanın Ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir və Sədrimiz, Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən birmənalı olaraq müdafiə olunmasıdır.

Bu gün Prezidentimizin siyasəti nəticəsində xalqla hakimiyyət arasında vəhdət mövcuddur. Ona görə də, YAP-ın seçkilərə qatılması o qədər çətin deyil. YAP təşviqat zamanı deməyə sözü olan partiyadır. Parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir. Biz rayon və şəhər təşkilatları sədrlərinin toplantısını keçirmişik. Digər cari işlər də  görülməkdədir. Hesab edirəm ki, namizədlərimiz seçkilərdə ciddi uğurlar əldə edəcəklər. Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək və zamanında ictimaiyyətə məlumat veriləcək»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.