YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın helikopter qəzası zamanı şəhid olan hərbçilərimizin yasını saxladığı bir zamanda "Milli Şura"çı Tofiq Yaqublu öz şousu ilə çirkin niyyətini bir daha biruzə verdi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Xalqımızın helikopter qəzası zamanı şəhid olan hərbçilərimizin yasını saxladığı bir zamanda "Milli Şura"çı Tofiq Yaqublu öz şousu ilə çirkin niyyətini bir daha biruzə verdi. Belə bir zamanda bir vətəndaş olaraq şəhidlərimizin anım mərasimində iştirak edib, şəhid ailələrinin yanında olmaq əvəzinə öz antimilli kimliyini göstərərək şəhərin mərkəzində klounluq etməyi seçdi. AXCP-nin "qara kassası" rolunu oynayan, öz etirafı ilə Qənimət Zahidə və Əli Kərimliyə qanunsuz yollarla hər ay minlərlə manat pul çatdırdığını etiraf edən bir cinayətkarı müdafiə etmək, onun azadlığa çıxması üçün təlxəklik etmək şəhidlərimizdən çoxmu önəmlidir? Şəhid ailələrinin, xalqımızın hüznünə hörmətsizlik etmək, açıq-aşkar öz antimilli mövqeyini göstərmək bu qruplaşmanın əsl məqsədini göstərir.

Azərbaycan dövlətinin uğurlarını həzm edə bilməyən, təxribat meyilli hadisələrlə dövləti nüfuzdan sala biləcəklərini zənn edən bu insanlar bilməlidirlər ki, xalqımızın dövlətimizlə birliyi sarsılmazdır.

Xaricdən idarə olunan Tofiq Yaqublu kimi "maşalar" xalqımızın birliyini, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, ordumuzun qüdrətlənməsini, o cümlədən tarixi Zəfərimizi həzm edə bilmirlər. Ona görə də belə bir gündə "Saleh Rüstəmli" oyunu qurub öz şouları ilə bu uğurlarımızı ləkələmək, birliyimizi sarsıtmaq istəyirlər. Bu satqınlar üçün öz mənafələri hər zaman milli maraqlardan üstün olub və bunu açıq-aşkar göstərməkdın belə çəkinmirlər. Onlar bilməlidir ki, Azərbaycan xalqı bu şəxslərin siyasi oyunlarından xəbərdardır və bu təxribatlara görə mütləq layiqli cavablarını alacaqlar!

DİGƏR Xəbərlər Arxiv