YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız davamlı uğurlar anti-Azərbaycan dairələrini ciddi narahat etməyə başlayıb

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Azərbaycan dövlətinin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatik müstəvidə qazandığı davamlı uğurlar anti-Azərbaycan dairələrini ciddi narahat etməyə başlamışdır. Məhz bu səbəbdən də həmin dairələr ölkə daxilində özünü müxalifət adlandıran radikal və destruktiv qüvvələri müxtəlif planlara əl atmaq üçün təlimatlandırırlar. Məqsəd isə Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, ölkəmizin adına xələl gətirə biləcək insidentlərin ortaya çıxmasına nail ola bilməkdir. Bu kimi çirkin işlərdə əsas alət isə Əli Kərimli və yandaşlarıdır. Bu dəfə də qurulan oyunda bu oyunçulardan istifadə edildi. Bir neçə il bundan öncə qanunsuz maliyyə dövriyyəsində iştiraka görə məsuliyyətə cəlb edilmiş Saleh Rüstəmli əsas subyekt olaraq seçilir və nədənsə illər sonra birdən-birə bu şəxsə canıyananlıq edən bəziləri Bakıda Fəvvarələr meydanında razılaşdırılmamış aksiya təyin edirlər.  Təyin edilən qeyri-qanuni aksiyanın keçirilmə qərarının verilməsi maraqlı bir günlərə təsadüf edir. Belə ki, Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Soçi və Aşqabad şəhərlərində keçirilən görüşlərdə nail olduğu diplomatik uğurların əldə edildiyi günlərdə özünü müxalifət adlandıran bir qrup xəyanətkar “Saleh Rüstəmliyə azadlıq” adlı aksiyası təşkil edəsi olurlar. Niyyət isə küçədə haray-həşir salmaq, qanunsuz aksiya keçirilən məkanda insanların təhlükəsizliyini təmin edən polislə bilərkdən qarşıdurma yaratmaq və Azərbaycanın adına xələl gətirmək idi.

Siyasi maraqlarını hər bir məsələdən, hətta milli maraqlardan üstün tutan müxalifət qiyafəsində anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirənlər Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası nəticəsində həlak olmuş 14 nəfər hərbi qulluqçusu ilə vida mərasimi keçirildiyi anda belə icazəsiz aksiya keçirmək cəhdlərindən əl çəkmək istəmədilər. Bu hal isə bir daha təsdiq edir ki, özünü müxalifət adlandıran radikallar və satqınlar üçün milli maraqlar anlayışı yoxdur və bunlar maddi maraqları naminə istənilən an müxtəlif iyrəncliklərə getməyə hazırdırlar. Anti-Azərbaycan dairələrin və erməni lobbisinin bu kimi sifarişlərini yerinə yetirənlər heç də düşməndən fərqli deyillər. Burada digər bir səbəb isə təbii ki, 15 dekabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü öncəsi mümkün təxribat cəhdləri ilə Azərbaycanın adını neqativ məsələlərdə hallandıra bilmək cəhdidir. Lakin bu fikirdə olanlar anlamalıdırlar ki, bu kimi mənasız cəhdlər effekt vermir, verməyəcək də! Çünki ölkəmizdə möhkəm əsaslı xalq-iqtidar birliyi mövcuddur. Belə olan halda isə Əli Kərimli və onun 10-15 adamının özlərinə əl qatmaqları onların anti-Azərbaycan dairələrin, erməni lobbisinin uzantıları olduqları faktlarını təsdiqləmiş olur.