Xəbərlər
Corc Dik: İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi 30 il bundan əvvələ gedib çıxır. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır.
Bu fikirləri İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik dekabrın 3-də keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, xalqlarımızın tarixi keçmişi var. Yəhudilər Azərbaycan ərazilərində uzun illərdir yaşayırlar. Xalqlarımızın tarixi əlaqələri çox dərindir.