YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları yekunlaşıb

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatlarının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə də baxılıb. Əliyev Zaur Mərdəkan qəsəbəsi Telman4 ərazi partiya təşkilatının sədri, Əzimov İlqar sədr müavini, Nadirova Mehriban Buzovna qəsəbəsi R.İmanov 2A ərazi partiya təşkilatının sədri, Şahbazi Sevda sədr müavini, Əliyeva Fəzilə Buzovna qəsəbəsi A.Mirzəyev 2 ərazi partiya təşkilatının sədri, Eyvazova Sitarə sədr müavini, İsazadə Elnarə Şağan qəsəbəsi N.Məmmədov 1 ərazi partiya təşkilatının sədri, Abasquliyev Şəbnəm sədr müavini, Əliyeva Zeynəb Buzovna qəsəbəsi M.S.Ordubadi 7 ərazi partiya təşkilatının sədri, Əsgərova Lətafət sədr müavini, Venera Əfəndiyeva Mərdəkan qəsəbəsi Q.İsmayılov 18 ərazi partiya təşkilatının sədri, Şahverdiyeva Səbinə sədr müavini, Nəzərli Mirnağı Buzovna qəsəbəsi Ağamalı oğlu 39 ərazi partiya təşkilatının sədri, Qafarova Fatimə  sədr müavini, Mehtiyev Səbuhi Dress qəsəbəsi Bağlar 4A ərazi partiya təşkilatının sədri, Məmmədli Ləman  sədr müavini, Piriyeva Pərvanə Buzovna qəsəbəsi V.Seryogin ərazi partiya təşkilatının sədri, Hacızadə Günay sədr müavini, Əliyev Şərif Türkan qəsəbəsi Xanlar 1 ərazi partiya təşkilatının sədri, Zeynalova Turanə sədr müavini, Tağıyeva Sevinc Buzovna qəsəbəsi Albalılıq 134 ərazi partiya təşkilatının sədri, Qəhrəmanlı Ülkər sədr müavini, Yusifova İradə Binə qəsəbəsi Ə.İsazadə 1 ərazi partiya təşkilatının sədri, Xalıqov Turab sədr müavini, Mirzəyeva Sona Buzovna qəsəbəsi R.İmanov 5 ərazi partiya təşkilatının sədri, Qasımov Kamal sədr müavini, Qafarova Təranə Mərdəkan qəsəbəsi R.Cəfərov 20 (İrəli) ərazi partiya təşkilatının sədri, Əliyeva Dostu sədr müavini,  Məmmədova Fəridə Dress qəsəbəsi Lev Starçuk1 ərazi partiya təşkilatının sədri, Ələkbərova Bahar sədr müavini, Məmmədova Nəzrin Şüvəlan qəsəbəsi A.İldırım 12 ərazi partiya təşkilatının sədri, Həsənov Siyasət sədr müavini, Həsənov Mövsüm Qala qəsəbəsi Əzizbəyov Dəmiryol Dayanacağı ərazi partiya təşkilatının sədri, Mirzəyev Vüsal sədr müavini, Astanov Fərahim Mərdəkan qəsəbəsi R.Qasımov 3 ərazi partiya təşkilatının sədri, Qurbanova Sevinc sədr müavini, Həsənova Aynurə Şüvəlan qəsəbəsi H.Məmmədov 56 ərazi partiya təşkilatının sədri, Xələfov Faiq sədr müavini, İsmayılov Asəf Şüvəlan qəsəbəsi A.İldırım  ərazi partiya təşkilatının sədri, Əliyeva Zülfiyyə sədr müavini, Süleymanov Telman Şüvəlan qəsəbəsi A.İldırım 32 ərazi partiya təşkilatının sədri, Muradov Orxan sədr müavini, Mütəllimova Cəvahir Mərdəkan qəsəbəsi B.Əliyev 11 ərazi partiya təşkilatının sədri, Əşrəfova Zöhrə sədr müavini, Əliyev Vüqar Şüvəlan qəsəbəsi A.İldırım 44 ərazi partiya təşkilatının sədri, Həsənli Ümüd sədr müavini seçiliblər.

Bununla da YAP Xəzər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları yekunlaşıb.