YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

 Video-konfrans formatında təşkil edilən hesabat seçki yığıncağı YAP Nəsimi rayon təşkilatının A. Məhərrəmov küç. 15, A.D.Qurbanova küç, 39 və 28 may küç., 17 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.  

 Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Məmmədova Esmira A. Məhərrəmov küç. 15, üzrə  ərazi partiya  təşkilatının sədri, İsgəndərova Mədinə sədr müavini, Abduləzizova Yaqut A.D.Qurbanova küç, 39 üzrə ərazi partiya təşkilatının sədri,  Vəliyeva Nərmin sədr müavini və Zeynalova Rəna 28 may küç., 17 üzrə  ərazi partiya təşkilatının sədri, Kərimova Təranə sədr müavini  seçiliblər.  

 Hesabat seçki yığıncağı sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov  yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. 

 

DİGƏR Xəbərlər Arxiv