Xəbərlər
Şəhid Vüsal Kazımovun ildönümü mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olan baş leytenant Kazımov Vüsal Kamran oğlunun ildönümü mərasimində iştirak ediblər.
Təşkilat üzvləri şəhidin ailəsinə başsağlığı verib, belə qəhrəman oğul böyütdükləri üçün təşəkkür edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Daha sonra şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.