YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatı 104 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Puta qəsəbəsi Neft Kəmərləri İdarəsi (NKİ) Qaradağ İstehsalat Bölümünün akt zalında 104 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə NKİ-nin Qaradağ İstehsalat Bölümünün ərazi partiya təşkilatının sədri Niyaməddin Əmirullayev məruzə ilə çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb. N.Əmirullayev 118-ə qədər insanın çalışdığı kollektivdə 45-ə yaxın şəxsin YAP üzvü olduğunu qeyd edib.

Sonra NKİ-nin Qaradağ İstehsalat Bölümünün rəisi Hüseyn Məmmədov çıxış edərək əvvəlcə müəssisənin fəaliyyəti barədə məlumat verib. YAP-ın fəaliyyətindən bəhs edən H.Məmmədov bildirib ki, YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır.

Tədbirdə iclas iştirakçlarından Famil Kərimov, Cavad Məmmədov və digərləri çıxış edərək ərazi partiya təşkilatının işini müsbət qiymətləndiriblər.

Sonra təşkilati məsələlərə baxılıb və Hüseyn Məmmədov ərazi partiya təşkilatının sədri, Niyaməddin Əmirullayev isə sədr müavini seçilib.

Yığıncağın sonunda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun mahiyyətindən və YAP-ın yaranma səbəblərindən, partiyanın əsas prinsiplərindən,YAP-ın Azərbaycanın müasir siyasi tarixində oynadığı roldan, regionda baş verən tarixi əhəmiyyətli dəyişikliklərdən bəhs edib. O, qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyələr verib.

 

DİGƏR Xəbərlər Arxiv