YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda şəhid Məcid Abbasovun xatirəsi anılıb

YAP Ucar rayon təşkilatının fəalları Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ildə Ağdam rayonunun Evoğlu kəndində itkin düşmüş Abbasov Məcid Ağarza oğlunun şəhidliyinin 28-ci ildönümü münasibətilə Ucar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhidlər Xiyabanında naməlum əsgərin məzarı önündə Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olmuş ucarlı şəhidlər yad olunub.

Daha sonra YAP Ucar rayon təşkilatının təşəbbüsü ilə şəhid Məcid Abbasovun təhsil aldığı Ucar şəhəri 2 saylı tam orta məktəbində anım tədbiri keçirilib.

 Tədbirdə məktəbin müəllimi Nəsibə Əliyeva, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, şəhidin sinif yoldaşı Zaur Məmmədov və YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva çıxış edərək bildiriblər ki, şəhidlərimizin əziz xatirəsi unudulmayacaq.

Şəhidin bacısı Zərifə Abbasova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra məktəbin şagirdləri vətənpərvərlik mövzusunda seirlər söyləyiblər.