YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında növbəti hesabat-seçki yığıncaqları keçirilib

YAP Nərimanov rayon təşkilatının “Təbriz 57”, “Azadlıq prospekti 139” küçələri üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatların VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib. “Təbriz 57” küçəsi üzrə ərazi partiya təşkilatına Əhmədova Leyla sədr, Əhmədov Məmməd sədr müavini, “Azadlıq prospekti 139” küçəsi üzrə Bağırova Ayrən sədr, Abuşova Rübabə isə sədr müavini seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsul əməkdaşı Vüsal Əliyev hesabat məruzələrini müsbət qiymətləndirərək təşkilatların işinə uğurlar arzulayıb.