YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mustafa Kərimov doğum günündə anılıb

Buzovna Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Kərimov Mustafa Mais oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova, Milli Məclisin deputatı Rauf Əliyev, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Ordusunun rəşadətindən, Rauf kimi şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışılıb, onların əziz xatirələrinin heç vaxt unudulmayacağı qeyd edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.