YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 26”(Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağını açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bu il mart ayının 5-də keçirilən partiyanın VII Qurultayının əhəmiyyətindən bəhs edib, islahatların partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. O, rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında da  məlumat verib. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tövsiyələrini verib.

Sonra ərazi partiya təşkilatının sədrinin hesabatı dinlənilib, görülən işlər haqqında məlumat verilib.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Eldar Ömərov Azərbaycanda  dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışıb. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. O, ərazi partiya təşkilatının işinə uğurlar arzulayıb.

Hesabat məruzəsi ilə bağlı çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilati məsələlərə baxılıb və Əhməd Pənayev yenidən ərazi ilk partiya təşkilatının sədri, Samirə Sofiyeva isə sədr müavini seçilib.