Xəbərlər
YAP Mingəçevir şəhər təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü münasubətilə tədbir keçirilib
YAP Mingəçevir şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasubətilə tədbir keçirilib.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının ötən 29 ildə keçdiyi inkişaf yolundan bəhs ediblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır.
Tədbirin sonunda bir qrup partiya fəalına YAP Mingəçevir şəhər təşkilatının fəxri fərmanı təqdim edilib.