YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zaqatala rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Zəfər Kompleksini ziyarət ediblər. 

Daha sonra baş tutan tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Zaqatala rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Habil Qurbanov partiyanın yarandığı gündən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər gördüyünü, cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini qeyd edib. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malik Yeni Azərbaycan Partiyasının 29 ildə qazandığı uğurlardan bəhs edib.

Tədbirdə YAP Zaqatala rayon təşkilatının fəalları Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.