YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda YAP-ın yaranmasının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı  partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə təşkilatın sədri G.Bağırov çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatılıb. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrilib.

 Daha sonra tədbirdə ötən dövr ərzində partiyanın xalq, dövlət qarşısında xidmətlərindən, əldə edilən uğurlardan, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Zəfərdən ətraflı bəhs edilib.