YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Müasir,  müstəqil Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşı Orxan Əhmədov müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışıb, partiyanın tarixin sınaqlarından üzüağ çıxdığını bildirib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın çətin günləri geridə qalıb. Bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, YAP Gəncə şəhər təşkilatınn baş məsləhətçisi Hüseyn Budaqov, ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov, YAP GDU ərazi partiya təşkilatının sədri Cavid Bağırzadə  və digər çıxış edənlər də YAP-ın Ulu öndərin həyata keçirdiyi siyasətin  avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verməkdə olduğunu söyləyiblər. 

Sonda YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında, 44 günlik Vətən müharibəsində  fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim edilib.