YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirib

YAP Qaradağ rayon təşkilatı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması  xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən hadisədir.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir dövrə qədəm qoyduğunu, parçalanmaq, vətəndaş müharibəsindən və parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olduğunu xüsusi vurğulayıb. O,qeyd edib ki, məhz bundan sonra ölkədə daxili ictimai-siyasi sabitlik yarandı, qanunun aliliyi qorundu və yeni bir inkişaf dövrünə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev qətiyyətli rəhbərliyi ilə ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir.

Sonra 91-lərin üzvləri - professor Əsədulla Qurbanov, professor Əli Əlirzayev və Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Munis Bayramov Yeni Azərbaycan Partiyasının yaradılması prosesi ilə bağlı xatirələrini bölüşüb, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Konfransda həmçinin şəhid anaları Pakizə Abbasova və Fəridə İsmayılova da çıxış ediblər.

DİGƏR Xəbərlər Arxiv