YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümü ilə bağlı tədbirlər keçirib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib. 

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ərazi patiya təşkilat sədrləri və partiya fəalları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər.

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası həyata keçiriblər.  

Daha sonra  “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans  keçirilib.

Videokonfransda Laçın RİH-in başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, ərazi partiya təşkilat sədrləri və sədrin müavinləri, YAP Laçın rayon təşkilatının fəalları, rayon ziyalıları, gənclər iştirak ediblər.

Konfrans işinə başlamazdan öncə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfrası  giriş sözü ilə açan YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov partiyanın yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verərək, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola diqqət çəkib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın regionun ən mütəşəkkil təşkilatına çevrildiyini bildirib. 

Milli Məclisin deputatı Mahir Abbaszadə çıxışında zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını qeyd edib: “Yenicə bərpa edilmiş dövlət müstəqilliyimizi itirilmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda  ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsünün ulu öndər Heydər Əliyev tərəfindən müsbət qarşılanması Yeni Azərbaycan Partiyasının əsasının qoyulması ilə nəticələndi”.

Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirib ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf edərək, ulu öndər Heydər Əliyevin  qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi: “2003-cü ildən isə bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilib”.

Sonda konfrans iştirakçıları təsis edilməsinin 29-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevaya təbrik ünvanlayblar.

DİGƏR Xəbərlər Arxiv