YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatında “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib

YAP Göyçay rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasbətilə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Sahib Şükürov bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atıb.

Daha sonra çıxış edən YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılmasından, partiyamızın gənclərə göstərdiyi diqqət və qaygıdan, 44 günlük Vətən müharibəsində iştirakından bəhs edib.

Daha sonra çıxış edən partiya fəalları Rahib Burcaliyev, Ləman Hacıyeva, Fatma Həmidova, partiya veteranı Xəlil Orucov Yeni Azərbaycan Partiyasının cəmiyyyətdəki mövqeyindən danışıblar.

Sonda çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  Yeni Azərbaycan Partiyasının yaranması tarixi və hazırda öz ətrafında 760 mindən çox siyasi həmfikri birləşdirən bu təşkilatın ölkədə rolu və tutduğu mövqe barədə fikirlərini bildirib.

Eyni zamanda, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışan M.Səlimzadə həmçinin Qarabağ zəfərimizdən söhbət açaraq bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi tarixi hadisədir.