YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, millət vəkilləri Kamaləddin Qafarov, Səbinə Xasayeva, Madər Musayev, Azay Quliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, şəhid ailələri və qazilər, partiyanın rayon təşkilatının fəalları və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir başlamazdan öncə iştirakçılar ulu öndər Heydər Əliyevin rayon təşkilatının inzibati binası qarşısındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular, əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tədbirdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edib, ölkəmizin siyasi həyatında milli maraqların təbliğində müstəsna rol oynayıb, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısına çevrilib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixindən, o illərdə xalqımızın üzləşdiyi çox çətin və ağır günlərdən bəhs etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət adlandırdı. Eldar İbrahimovun sözlərinə görə ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin ideyalarından güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi. Millət vəkili Kamaləddin Qafarov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxırdı və ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəsləyirdi. Tarix sübut etdi ki, xalq yanılmayıb və 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini nəzaərə alaraq ümummilli lider  Heydər Əliyevə müraciət ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, yeni yaradılan partiyanın siyasi səhnəyə Yeni Azərbaycan Partiyası kimi daxil olması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. Millət vəkilinin bildirdiyinə görə partiya fəaliyyəti dövründə daim milli dəyərləri əldə rəhbər tutub, dövlətimizin və xalqımızın inkişafında misilsiz xidmətlər göstərib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi Ruslan Şıxıyev də partiyanın cəmiyyətimizin inkişafındakı rolundan danışdılar. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə dövlət-xalq-ordu həmrəyliyinin müstəsna əhəmiyyətindən bəhs etdilər. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yeni zəfər salnaməsinə imza atdığını qürurla və iftixarla söylədilər.

Tədbirdə yekun nitq söyləyən Binəqəsi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.

Daha sonra tədbirdə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.

Tədbir bədii hissə ilə başa çatdı. Sonda xatirə şəkli çəkdirildi.

 

 

DİGƏR Xəbərlər Arxiv