YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar partiyanın nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edilib, məzarları üzərinə güllər düzülərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Həmçinin, “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.