YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda YAP-ın yaradılmasının 29-cu ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı partiyanın təsis edilməsinin 29-cu il dönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin Partiyasıdır” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zəruriliyi, 91-lərin müraciəti, təsis konfransının keçirilməsi və qəbul etdiyi qərarları, YAP-ın iqtidar partiyasına çevrilməsi, onun keçdiyi əzəmətli yollar, qazandığı tarixi uğurlar, nəinki ölkədə, hətta regionda ən güclü siyasi qüvvəyə malik olması, digər siyasi partiyalarla əlaqəsi, YAP-ın VII Qurultayının qərarları və qarşıya qoyduğu vəzifələr barədə geniş müzakirə aparılıb.