Xəbərlər
YAP Göyçay rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Göyçay rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Göyçay rayon təşkilatının rəhbərliyi , Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və təşkilatın fəalları iştirak edib.
Rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən şəhər ərazisində həmişəyaşıl , Çinar, Eldar şamı, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib.
Təşkilatın fəalları əkilən ağacları suvarıblar. Əkilən yeni ağaclara hər həftə qulluq ediləcək.